Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elektrik enerjisi və təbii qazın qiyməti artacaq -BÖYÜK BRİTANİYADA

Elektrik enerjisi və təbii qazın qiyməti artacaq


Yaxın Şərqdə davam edən münaqişə səbəbindən Böyük Britaniyada ev təsərrüfatları üçün elektrik enerjisi və qaz qiymətləri 2027-ci ilin ilk üç ayında 26% artacaq.

Newscenter.az xəbər verir ki, bu barədə Britaniyanın enerji tənzimləyicisi Ofgem bildirib. Qurum hesab edir ki, bu da, qlobal qaz qiymətlərinin artmasına səbəb olacaq.

Şirkətin qənaətincə, qaz qiymətləri elektrik enerjisi qiymətlərindən daha sürətli artır və bu, elektrik enerjisi istehsalında qazla işləyən elektrik stansiyalarından bərpa olunan enerji mənbələrinə artan keçidi əks etdirir.

Orta ev təsərrüfatı üçün bu o deməkdir ki, əgər bu qiymət səviyyəsi bir il ərzində eyni qalarsa, illik xərclər 1723 funt sterlinqdən 2166 funt sterlinqə (2821 dollar) qədər artacaq.

Cavid İmaməliyev
Xəbəri paylaş