Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Azay Quliyev ATƏT-in tədbirində iştirak edəcək

Deputat Azay Quliyev ATƏT-in tədbirində iştirak edəcək


Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri Azay Quliyev noyabrın 26-da Avstriya Respublikasının Vyana şəhərinə səfər edəcək.

Newscenter.az xəbər verir ki, səfər çərçivəsində deputatımız ATƏT-in İqtisadi və Ətraf Mühit Komitəsinin “ATƏT-in iqtisadi və ətraf mühit ölçüsünün təsiri – nəticələr və əldə edilmiş təcrübələr” mövzusunda keçiriləcək iclasında iştirak edəcək və müzakirə olunan məsələlərlə bağlı çıxış edəcək.

Səfər noyabrın 28-də başa çatacaq.

Süleyman
Xəbəri paylaş