Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Departamenti amerikalılara Ukraynaya səfər etməmək xəbərdarlığı edib

Dövlət Departamenti amerikalılara Ukraynaya səfər etməmək xəbərdarlığı edib


ABŞ Dövlət Departamenti bir daha amerikalılara Ukraynaya səfər etməmək barədə məsləhət görüb.

Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, Dövlət Departamenti ikili vətəndaşlığı olan kişilərin ölkədən çıxışına icazə verilməməsi və hərbi çağırışa məruz qalması ilə bağlı xəbərdarlıq edib. Müvafiq bildiriş ABŞ Dövlət Departamenti tərəfindən dərc edilib.

Sənəddə qeyd edilir ki, Dövlət Departamenti münaqişə səbəbindən ABŞ vətəndaşlarına Ukraynaya səyahət etməmələrini tövsiyə edir. Departament bildirib ki, ikili vətəndaşlıq da daxil olmaqla, Ukrayna vətəndaşlığına malik 23-60 yaş arası kişilərin ölkədən çıxışına icazə verilə bilməz. Hərbi vəziyyət dövründə onlar hərbi xidmətə çağırıla bilərlər. Dövlət Departamenti əvvəllər amerikalıları Ukraynaya səyahət etməmək barədə çağırmış və mümkün səyahət qadağaları barədə xəbərdarlıq etmişdi.

Bildirişdə qeyd olunur ki, Ukraynanın bütün bölgələrində raket və pilotsuz təyyarə hücumları həyata keçirilir.

Dövlət Departamenti ABŞ səfirliyi işçilərinin Ukraynadakı səyahətlərinin məhdudlaşdırıldığını da açıqlayıb.

Cavid İmaməliyev
Xəbəri paylaş