Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hakerlər Mərkəzi Kəşfiyyat İdarəsinin məlumat təhlili sisteminə daxil olublar

Hakerlər Mərkəzi Kəşfiyyat İdarəsinin məlumat təhlili sisteminə daxil olublar


"The New York Times " (NYT) mənbələrə istinadən xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və ABŞ Milli Kəşfiyyat Xidməti elektron sistemlərindən birinə haker hücumu aşkar ediblər.

Onların məlumatına görə, haker hücumu kəşfiyyat məqsədləri üçün açıq mənbəli məlumatları təhlil etmək üçün istifadə edilən sistemə təsir göstərib. Hakerlərin hansı məlumatlara daxil olduğu hələ də məlum deyil, lakin mənbələr sızmanın məxfi məlumatlara təsir etmədiyini bildirirlər.

Ötən həftə FTB-nin cinayət məlumat bazası olan Milli Cinayət Məlumat Mərkəzinin (NCIC) haker hücumuna məruz qaldığı bildirildi. Bundan əlavə, ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) daxili kompüter şəbəkəsində nasazlıq olduğu bildirildi.
Xəbəri paylaş