Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hakerlər Mərkəzi Kəşfiyyat İdarəsinin məlumat təhlili sisteminə daxil olublar

Hakerlər Mərkəzi Kəşfiyyat İdarəsinin məlumat təhlili sisteminə daxil olublar



ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Milli Kəşfiyyat Xidməti elektron sistemlərindən birinə haker hücumu aşkar edib.

Newscenter.az xəbər verir ki, bu barədə "The New York Times " (NYT) məlumat verib.

Məlumata görə, haker hücumu kəşfiyyat məqsədləri üçün açıq mənbəli məlumatları təhlil etmək üçün istifadə edilən sistemə təsir göstərib. Hakerlərin hansı məlumatlara daxil olduğu hələ də məlum deyil, lakin mənbələr sızmanın məxfi məlumatlara təsir etmədiyini bildirirlər.

Ötən həftə FTB-nin cinayət məlumat bazası olan Milli Cinayət Məlumat Mərkəzinin (NCIC) haker hücumuna məruz qaldığı bildirildi. Bundan əlavə, ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) daxili kompüter şəbəkəsində nasazlıq olduğu üzə çıxdı.

Cavid İmaməliyev
Xəbəri paylaş