
Avropa İttifaqı ABŞ və Çinlə rəqabət aparmaq və Avropanın onların qabaqcıl texnologiyalarından asılılığını azaltmaq üçün 50 milyard avro dəyərində Suveren Texnologiya Kapital Fondu (STEF) yaratmağı planlaşdırır.
Newscenter.az xəbər verir ki, bu barədə Financial Times (FT) məlumat yayıb.
Nəşrin məlumatına görə, Brüssel süni intellekt və kvant hesablamaları ilə məşğul olan Avropa şirkətlərinə uzunmüddətli, yüksək riskli investisiyalar üçün nəzərdə tutulmuş yeni fond üçün 50 milyard avroya qədər vəsait toplamaq planı hazırlayır.
Layihənin müzakirələrində iştirak edən iki Avropa hökumət rəsmisinin sözlərinə görə, STEF, mövcud Aİ maliyyələşdirmə mexanizmlərindən daha böyük, daha riskli və uzunmüddətli investisiyaları əhatə edəcək.
Nəşr bildirir ki, Brüssel ABŞ siyasəti ilə bağlı artan qeyri-müəyyənlik və geosiyasi qeyri-sabitlik fonunda Avropanın texnoloji müstəqilliyini gücləndirmək üçün qabaqcıl sahələrdə çalışan şirkətlərdə pay almaq niyyətindədir. Ekspertlər bildirirlər ki, fondun bu şirkətlərdəki payı digər investorlar üçün bir siqnal ola bilər.
Leyla












































