
Milli Məclisdə keçirilən İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Özbəkistan parlamentinin nümayəndə heyəti noyabrın 25-də Zəfər abidəsini ziyarət edib.

Newscenter.az xəbər verir ki, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi nümayəndə heyəti Zəfər parkına gələrək Zəfər abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsini ehtiramla anıb.
Ziyarətçilərə Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Zəfərin əbədiləşdirilməsi və şəhidlərimizin xatirəsinin yaşadılması məqsədilə yaradılmış memorial kompleks haqqında məlumat verilib.

Qonaqları Milli Məclis sədrinin müavini Musa Qasımlı müşayiət edib.
Süleyman












































