
Litvada təbii qazın qiyməti 2027-ci ilin yanvar ayından etibarən təxminən yarıya qədər artaraq 47%-ə çatacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, Enerji Qiymətlərinin Tənzimlənməsi üzrə Dövlət Şurası bu barədə məlumat verib.
İldə 300 kubmetrə qədər qaz istehlak edən qaz şəbəkəsi abunəçiləri üçün qiymətin 38,7% artaraq kubmetr üçün 1,29 avroya, 20 min kubmetrə qədər qaz istehlak edənlər üçün 46,4% artaraq kubmetr üçün 1,01 avroya, 20 min kubmetrdən çox qaz istehlak edənlər üçün isə 47% artaraq kubmetr üçün 0,97 avroya çatacağı göstərilir.
Tənzimləyici orqanın qeyd etdiyi kimi, beynəlxalq bazarda təbii qazın qiymətlərinin əhəmiyyətli dərəcədə artması səbəbindən qiymət artımları qaçılmazdır. Litva istehlakçıları üçün tariflər 2022-ci ildən etibarən ən yüksək olacaq. 300 kubmetr qaz yandıranlar üçün orta qaz haqqı 1,12 avro, digərləri üçün isə təxminən 32 avro artacaq.
Leyla












































