Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gələn il Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması mümkün olacaq

Gələn il Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması mümkün olacaq


"TRİPP layihəsinin işə düşməsi ilə bağlı artıq praktik addımlar atılır. Tikinti işlərinə start verildi. Eyni vaxtda Ermənistanın yeni Konstitusiya mətninin ictimai müzakirəyə çıxarılması regionda böyük geostrateji proseslərin dinamik və məhsuldar mərhələ qədəm qoyduğunu əlamətləridir".

Bunları Newscenter.az-a siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, hər iki proses region uğrunda rəqabət aparan güclərin fəallığını da artıracaq:

"Aydndır ki, İran və Rusiya həm TRİPP yolunun işə düşməsini, həm də Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını, normallaşmanı istəmir və hər vəchlə də buna qarşı çıxırlar. Tehran və Moskva Cənubi Qafqazda maraqlarını qeyri sabit və qarşıdurma mühitində müdafiə etməyi daha asan hesab edirlər. Uzun illər bu taktika praktikadan uğurla keçirilsə də 44 günlük müharibədən sonra yaranan reallıqlar köhnə stroetipləri kökündən dəyişdi.Doğrudur, hələ də kənar destruktiv güclırin dəstəyi ilə Ermənistanda revanşitlər prosesi pozmağa çalışır. Lakin bunu. geri dönüşü olmayan atılan pozitiv adımlar kimi də qiymətləndirmək mümkündür".

Əli Orucov qeyd edib ki, yeni Konstitusiya layihəsi referendumda səs alarsa, Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanmasına heç bir ciddi əngəl qalmır:

"Bu ümumilikdə Cənubi Qafqazı yeni mərhələyə daşıyacaq və geniş imkanlar açacaq. Sülhün institusionallaşması onu dayanıqlı və uzunmüddətli edir. Təqdim olunan Konstitusiya mətnində Türkiyəyə qarşı əsassız iddialar da aradan qaldırılıb və bu, Türkiyə ilə də baryeri aradan qaldırır. Məncə gələn il Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması mümkün olacaq".

Süleyman
Xəbəri paylaş