Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir


"Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir. Enerji təhlükəsizliyi, Avropa ilə Asiya arasında alternativ nəqliyyat marşrutlarının yaradılması, Cənubi Qafqazda sülh perspektivi və regionun beynəlxalq iqtisadi əlaqələrdə artan əhəmiyyəti bu marağın əsas istiqamətlərini təşkil edir".

Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, Avropa İttifaqının yüksək vəzifəli nümayəndələrinin, ayrı-ayrı Avropa ölkələrinin dövlət və hökumət rəsmilərinin Azərbaycana səfərləri də bu prosesin siyasi təzahürlərindən biridir:

"Bununla belə səfərlərin intensivləşməsini yalnız ikitərəfli münasibətlərin inkişafı ilə izah etmək kifayət deyil. Məsələyə Avropanın dəyişən enerji və təhlükəsizlik strategiyası, qlobal ticarət marşrutlarının yenidən qurulması və Cənubi Qafqazda yaranan imkanlar kontekstində baxmaq lazımdır. Avropanın Azərbaycanla münasibətlərində enerji amili uzunmüddətdir mühüm yer tutur. Lakin Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsindən sonra Avropa ölkələrinin enerji təchizatını şaxələndirmək cəhdləri bu əməkdaşlığın strateji əhəmiyyətini daha da artırıb. Avropa İttifaqı Rusiya qazından asılılığını azaltmaq səyləri içindədir və bunu enerji siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bu çərçivədə Azərbaycan qazının Avropa bazarlarına nəqli, xüsusilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi və yeni bazarlara çıxış imkanları diqqət mərkəzindədir".

Çingiz Şahbazi deyib ki, Avropa Komissiyasının enerji üzrə məlumatlarında Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan Avropaya qaz tədarükü 2021-2024 illərdə 40 faizdən çox artmışdır:

"Bu faktlar göstərir ki, Avropanın Azərbaycanla artan enerji əməkdaşlığı yalnız mövcud tədarük həcmləri ilə məhdudlaşmır. Burada əsas məsələ həmçinin enerji mənbələrinin və təhcizat marşrutlarının şaxələndirilməsi, gələcək təhcizat risklərinin azaldılması və alternativ tərəfdaşlarla uzunmüddətli əlaqələrin qurulmasıdır. İkinci mühüm amil, Avropa və Azərbaycan arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıqdır. Qlobal ticarətdə baş verən dəyişikliklər, ənənəvi marşrutlarda yaranan risklər, Avropa və Asiya arasında alternativ əlaqələrin qurulması Orta Dəhlizin əhəmiyyətini artırır. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi də tanınan Orta Dəhliz, Çin və Mərkəzi Asiyadan başlayaraq Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan nəqliyyat şəbəkəsidir. Bu marşrut Avropaya Asiya ilə ticarət əlaqələrini bir istiqamətdən asılı olmadan inkişaf etdirmək imkanı verir. Dünya Bankının Orta Dəhliz üzrə araşdırmaları göstərir ki, müvafiq investisiyalar və səmərəliliyinin artırılması 2030-cu ilə qədər yükdaşımaların heçmini üç dəfə artırmaq, daşınma müddətini isə yarıya endirmək mümkündür. Hesabatda Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında ticarətin 37 faiz, bu ölkələrlə Avropa İttifaqı arasında ticarətin 28 faiz artacağı proqnozlaşdırılır. Bu baxımdan, Avropa İttifaqı və ayrı -ayrı Avropa ölkələrinin Azərbaycana artan marağının məhz bir necə əsas səbəbi kimi, enerji təhlükəsizliyini daha da gücləndirmək və təhcizat mənbələrinin şaxələndirilməsini təmin etmək dayanır. Avropa və Asiya arasında alternativ nəqliyyat marşrutlarının inkişafı və qeyd edim ki bu Azərbaycanı daha mühüm tranzit tərəfdaş ölkəyə çevirir".

Süleyman
Xəbəri paylaş