Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın Avropanı maraqlandıran məsələlərdə aktiv rolu var

Azərbaycanın Avropanı maraqlandıran məsələlərdə aktiv rolu var



"Azərbaycanın Avropanın artan enerji asılılığı fonunda rolu danılmazdır. Azərbaycan həm güvənilir tərəfdaş, həm də sözünün çəkisi olan ölkədir. Avropanın bir sıra ölkələrinin son dövrlər Azərbaycana səfərləri müəyyən mənada deyilənləri sübut edir".

Bunları Newscenter.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, səfərlərin mahiyyəti barəsində açıqlamalar az olsa da, görünən odur ki, bu səfərlər müəyyən zərurətdən doğur:

"İlk növbədə yayılan xəbərlər arasında Azərbaycanın ATƏT-də sədrliyi ələ alacağı xəbərlərdir. Bu baxımdan da bəzi Avropa ölkələri Azərbaycanla müzakirələr aparmaq üçün səfərlər edirlər. Ancaq bu barədə rəsmi məlumat verilmir.
Bununla yanaşı Azərbaycanın artan geosiyasi nüfuzu Avropa ilə Rusiya arasında olan gərginlik fonunda Azərbaycanın bu məsələdə vasitəçilik fəaliyyəti yürütməsini də şərtləndirə bilər".

Azər Qasımov hesab edir ki, avropalıların səfərlərinin artması Azərbaycanla məsləhətləşmələr aparılması üçün baş tutur:

"Burada məsələlərin spektri müxtəlif olsa da, nəticə etibarilə, görünən odur ki, Azərbaycanın Avropanı maraqlandıran məsələlərdə aktiv rolu vardır"

Süleyman
Xəbəri paylaş