
"Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır. ABŞ, Rusiya və digər güç mərkəzlərinin regiondakı maraqları Avropa İttifaqının strateji mövqelərini möhkəmləndirmək ehtiyacını artırır".
Newscenter.az xəbər verir ki, bunları siyas ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, bu amillər Avropanın Azərbaycana qarşı münasibətində yeni prioritetlərin formalaşdığını göstərir:
"Azərbaycan Avropa üçün yalnız enerji təchizatçısı deyil, həm də Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin inkişafında , regional sabitliyin möhkəmləndirilməsində və alternativ nəqliyyat marşrutlarının yaradılmasında əhəmiyyətli tərəfdaş kimi nəzərdən keçirilir. Avropanın Azərbaycana marağının gələcək dinamikası isə bu əməkdaşlığın nə dərəcədə real iqtisadi nəticələrə çevriləcəyindən, regional sülhün davamlılığından və enerji -nəqliyyat layihələrinin praktiki icrasından asılı olacaq".
Süleyman












































