Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıtda metal zavodunda partlayış olub

Sumqayıtda metal zavodunda partlayış olub


Sumqayıt şəhərində yerləşən zavodlardan birində partlayış baş verib.

Newscenter.az xəbər verir ki, hadisə "Metaltexnaloji" MMC-nin ərazisində qeydə alınıb. Şəhərin Tugzavod qəsəbəsində yerıəşən "Metaltexnaloji" MMC-də baş verən partlayış sonradan yanğına səbəb olub. Hadisənin baş vermə səbəbləri barədə hələlik heç bir məlumat verilmir. Yanğının qarşısının alınması məqsədilə əraziyə yanğınsöndürmə maşınları cəlb edilib.

Məlumat üçün qeyd edək ki, "Metaltexnaloji" MMC iş adamı Hafiz Seyidova məxsusdur. Şirkət 2009-cu ildə əlvan və qara metal istehsalı zavodu kimi yaradılıb. 2019-cu ildən etibarən istehsalın genişmiqyaslı modernləşdirilməsi və qara metallurgiya istiqamətində yeni kompleksin tikintisi davam etdirilib. 2022-ci ildən METALTECHNOLOGY MMC adlanır.

Süleyman
Xəbəri paylaş