
"İsrail Prezidenti İsxak Hersoqun AQEM Zirvə toplantısında iştirakı Azərbaycanın beynəlxalq dialoq məkanı kimi əhəmiyyətini gücləndirən siyasi hadisədir. Məncə, bu səfər Bakı ilə İsrail arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin davamlılığını göstərir".
Newscenter.az xəbər verir ki, bunları "Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov deyib. O bildirib ki, Azərbaycan üçün əsas imkan müdafiə, enerji, su təsərrüfatı, kənd təsərrüfatı və yüksək texnologiyalar üzrə əməkdaşlığı konkret nəticələrə çevirməkdir:
"İsrail üçün isə Azərbaycan etibarlı enerji tərəfdaşı və Asiya ilə əlaqələrin inkişafında mühüm tərəfdaşdır".
O hesab edir ki, belə münasibətlərin dəyəri insanların təhlükəsizliyinə, rifahına və regionda sülhə verdiyi töhfə ilə ölçülməlidir:
"Azərbaycanın marağı müstəqil xarici siyasətini qoruyaraq bu əməkdaşlıqdan xalqı üçün real fayda əldə etməkdir".
Süleyman











































