
"Azərbaycan dövləti özünün geosiyasi ortaq nöqtə olmaq tendensiyasına uyğun olaraq beynəlxalq tədbirlərin məkanına çevrilir. Bu günlər ölkəmizdə keçirilən AQEM zirvə görüşü də eyni mahiyyət daşıyır".
Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O qeyd edib ki, bir çox ölkənin iştirak etdiyi bu tədbir Azərbaycan üçün prinsipial mahiyyət daşıyır:
"Zirə görüşündə iştirak edən ölkələrin tərkibi onu deməyə əsas verir ki, Azərbaycan hətta bir-birinə düşmən mövqe bəsləyən ölkələrin belə bir masa arxasında əyləşməsini təşkil edə biləcək gücdədir və bu təsadüfi deyil. Bu, uzun illər yürüdülən siyasətin nəticəsidir. Azərbaycan bir çox ölkə üçün vazkeçilməsi və imtina edilməyəcək dərəcədə vacib ölkədir. Hər bir beynəlxalq tədbir kimi AQEM zirvə görüşü də Azərbaycanın təşkilatçılığında nəticə baxımından daha məhsuldar və uğurludur. Bu kimi tədbirlər təbii ki, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu daha da artırır".
Süleyman











































