
Kamboca Krallığının Baş naziri Hun Manet və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də mətbuat qarşısında bəyanatlarla çıxış ediblər.
İlk öncə mətbuata bəyanatla çıxış edən ölkə başçısı bildirmişdir ki, İlk öncə mətbuata bəyanatla çıxış edən ölkə başçısı Azərbaycan ilə Kamboca arasında münasibətlərin qarşılıqlı hörmət və beynəlxalq əməkdaşlıq prinsipləri əsasında inkişaf etdiyini vurğulamışdır. Prezident İlham Əliyev hər iki dövlətin beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyini, bir-birinin mövqeyini dəstəklədiyini və dostluq münasibətlərinə malik olduğunu qeyd etmişdir. Dövlət başçısı bununla yanaşı, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı təmasların intensivləşdirilməsi və əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi barədə razılıq əldə olunduğunu bildirmişdir. Bu yanaşma Azərbaycan-Kamboca münasibətlərinin çoxtərəfli platformalarla yanaşı, birbaşa dövlətlərarası dialoq müstəvisində də möhkəmləndirilməsinə verilən əhəmiyyəti göstərir.
Bununla yanaşı, Azərbaycan-Kamboca münasibətlərinin inkişafı istiqamətində əldə olunan razılaşmalar konkret sənədlərlə də təsdiqini tapmışdır. Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Kamboca Krallığının Baş naziri Hun Manetin iştirakı ilə iki ölkə arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib. Bu çərçivədə ADA Universiteti ilə Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu mübadilə olunub. Sənədi ADA Universitetinin rektoru Hafiz Paşayev və Kambocanın Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutunun prezidenti Fann Makara təqdim ediblər. Bu memorandum iki ölkə arasında təhsil, diplomatiya və beynəlxalq münasibətlər sahələrində təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də akademik əlaqələrin möhkəmləndirilməsi baxımından əməkdaşlıq üçün yeni imkanlar yaradacaqdır.
Zulfiyyə Mahmudova











































