
“Nazirlər Kabinetinin ümumtəhsil müəssisələrində vahid geyim qaydalarının tətbiqi ilə bağlı qərarı sıradan bir qərar deyildi. Əslində bu “5-ci kolon”un uzun illər Azərbaycana, onun hakimiyyətinə, əsas etibarilə Cənab İlham Əliyevə qarşı qurduğu ssenarinin tərkib hissəsi idi. Sözügedən qərarın qəbul edildiyi zamanın da təsadüfən seçilmədiyi və sırf qeyd etdiyimiz məqsədə xidmət etdiyi də aydın şəkildə görünməkdədir”.
Bunları Newscenter.az-a adının çəkilməsini istəməyən etibarlı mənbə bildirib. Onun sözlərinə görə, həm “5-ci kolon”, həm də Azərbaycanı öz təsir dairəsinə, orbitinə salmaq istəyən xarici dairələrin başlıca planı Azərbaycanın güclü lideri İlham Əliyevi sarsıtmaq, onun nüfuzuna, siyasi çəkisinə zərbə vurmaq, ən əsası cəmiyyətdə narazılıq yaratmaqla Prezident-xalq birliyini zəiflətməkdir:
“Həmin məkirli qüvvələrin qarşısında duran digər bir mühüm vəzifə Azərbaycan və onun lideri barədə qardaş Türkiyədə, eləcə də qonşu İranda mənfi rəy formalaşdırmaq, ölkələr arasında ciddi soyuqluq yaratmaqdır. Son bir ay ərzində cərəyan edən proseslər fonunda son günlər yaşanan hadisələrə diqqət yetirsək məsələ gün kimi ortaya çıxar. Diqqət edin, Cənab Prezident YAP-ın qurultayında çıxışı zamanı hansısa bir ölkənin adını qeyd etmədiyi halda çıxışdan dərhal sonra “5-ci kolon”un ölkədəki nümayəndələri dövlət başçısının əslində Türkiyəni nəzərdə tutuduğunu cəmiyyətə aşılayan fikirlər dövriyyəyə buraxılır. Tezliklə eyni fikir qardaş Türkiyəyə də ötürülür və cəmiyyətdə, Türkiyənin rəsmi dairələrində Bakıya qarşı mənfi rəy formalaşdırılır. Halbuki İlham Əliyev həmin çıxışdan bir neçə gün əvvəl Türkiyənin 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında yer aldığını bildirmişdi. Lakin təəssüflır olsun ki, həmin nə Azərbaycan, nə də Türkiyədə fikir geniş yayılmamışdı”.
Mənbə bildirib ki, Azərbaycan liderinin YAP-ın qurultayında etdiyi çıxışın təsiri getməmiş Nazirlər Kabinetinin hicabla bağlı qərarı əslində Azərbaycanı, Cənab İlham Əliyevi gözdən salmaq, hətta hakimiyyəti laxlatmaq istəyən “5-ci kolon”un ölkəmizlə bağlı hazırladığı çirkin ssenarinin tərkib hissəsidir:
“Fikir verin, həm Azərbaycanda ümumtəhsil müəssisələrində, həm də qardaş Türkiyədə keçirilən etirazlarda əsas hədəf İlham Əliyevdir. Məhz Cənab Prezidentin şəkilini götürüb küçələrə çıxır, belə bir rəy formalaşdırmağa çalışırlar ki, əsas günahkar Azərbaycan lideridir. Heç bir fərd, heç bir aksiya iştirakçısı, yaxud təşkilatçısı qərarı imzalayan Azərbaycanın baş naziri, yaxud həmin qərarı icra edən təhsil nazirinin fotoları ilə etiraz etmir, küçələrə çıxmır. Bu faktın özü aydın şəkildə onu deməyə əsas verir ki, baş verənlər “5-ci kolon”un Azərbaycan dövləti, onun liderinə qarşı qurmuş olduğu oyunun tərkib hissəsidir”.
Süleyman











































