
Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri hörmətli Dirk Lölke Nizami Gəncəvi Muzeyini ziyarət edib.
Ziyarət zamanı səfirə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin ədəbi irsi, həyat və yaradıcılığı, eləcə də muzeyin fəaliyyəti və ekspozisiyası haqqında ətraflı məlumat verilib.
Görüşün sonunda qarşılıqlı hörmət və dostluq münasibətlərinin rəmzi olaraq hədiyyələr təqdim olunub.
Nizami Gəncəvi Muzeyi milli-mədəni irsimizin beynəlxalq miqyasda tanıdılması və xalqlar arasında mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.












































