
"Məktəblərdə vahid geyim formasının tətbiqi yalnız xarici görünüşlə bağlı məsələ deyil, həm də şagirdlər arasında bərabərliyin qorunması, qarşılıqlı hörmətin gücləndirilməsi və sağlam təhsil mühitinin yaradılması baxımından əhəmiyyət daşıyır".
Newscenter-az xəbər verir ki, bunları Yeni Azərbaycan Partiyasının üzvü Vəfa Qasımova deyib. O bildirib ki, məktəb uşaqların bilik əldə etməklə yanaşı, şəxsiyyət kimi formalaşdığı, davranış mədəniyyətini və sosial münasibətləri öyrəndiyi mühüm bir məkandır:
"Vahid məktəbli forması şagirdlər arasında geyim fərqlərinin ön plana çıxmasının qarşısını almağa kömək edir. Bu yanaşma uşaqların ailələrinin maddi imkanlarına görə fərqləndirilməməsinə, hər bir şagirdin özünü kollektivin bərabərhüquqlu üzvü kimi hiss etməsinə şərait yaradır. Beləliklə, diqqət xarici görünüşə deyil, təhsilə, biliyə, bacarığa və şəxsi inkişafa yönəlir"
Süleyman











































