Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kambocadan nə alırıq?

Kambocadan nə alırıq?


"Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxışlarında ölkələr arasında ticarət dövriyyəsinin hələlik çox aşağı səviyyədə olmasına rəğmən rəsmi səfərdən sonra dövriyyənin artacağına əminlik ifadə edilib.

Kamboca ilə Azərbaycan arasında münasibətlərin 30 ildən artıq tarixi olsa da ticarət əlaqələrindəki dəyişiklik son illərə təsadüf edir. Bununla belə, uzaq Asiya ölkəsi ilə iqtisadi əlaqələrin genişləndirilməsi üçün potensial olduqca böyükdür".

Newscenter-az xəbər verir ki, bunları Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, 2025-ci ildə Azərbaycan ilə Kamboca arasında ticarət dövriyyəsi 12.7 milyon dollar olub. Dövriyyə tamamilə Kambocadan idxaldır:

"Ötən il heç bir Azərbaycan məhsulu Kamboca bazarına daxil olmayıb. Yəni, Azərbaycanın Kambocaya ixracatı qeydiyyata alınmayıb. Oxşar tendensiya bu ilin ilk 8 ayında da müşahidə olunub. Kambocadan 7.2 milyon dollarlıq mal idxal etsək də hələ də bu ölkənin bazarına Azərbaycan məhsulu çıxarılmır".

Deputat diqqətə çatdırıb ki, Kamboca ilə ticarətimizə gəldikdə isə, 201 məhsul növü üzrə idxal həyata keçirilib:

"Bunlar qadınlar üçün kimyəvi saplardan palto, yarımpalto, bürüncək, plaş və analoji məmulatlar (1.075 milyon dollar), pambıq parçası ipliyindən toxunma şalvar, kombinezon (835 min dollar), kimyəvi saplardan sviter, pulover, jilet və analoji trikotaj məmulatlar (558 min dollar), kişilər üçün kimyəvi saplardan palto, yarımpalto, bürüncək, plaş və analoji məmulatlar (555 min dollar) və digər məhsullardır. Kambocadan idxalın əhəmiyyətli hissəsi yüngül sənaye məhsullarıdır".

Vüqar Bayramov, "Statistikadan göründüyü kimi, Azərbaycanın qeyri neft-qaz məhsullarının Kamboca bazarına ixrtacatı daha prioritetləşməkdədir. Azərbaycan Prezidenti və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxışlarında birgə ticarət işçi qrupunun yaradılmasını nəzərdə tutan çərçivə sazişinin hazırlanması barədə razılığa gəldindiyi bildirildi. Bu o deməkdir ki, Azərbaycan məhsulları yaxın zamanlarda Kamboca bazarına da daxil ola biləcək",-deyə vurğulayıb.

Süleyman
Xəbəri paylaş