Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrana qarşı yeni hərbi zərbələrin endirilməsi ehtimalı var

İrana qarşı yeni hərbi zərbələrin endirilməsi ehtimalı var


"Tramp son günlər yenə Rusiyanın maraqlarına uyğun qərarlar verir. Ukraynadan Rusiyanın neft emalı zavodlarını vurmamağı tələb edir, Rusiya dizelinə tətbiq olunan sanksiyaları yumşaldır. Tramp Rusiyanı sevir? Düşünmürəm. Sadəcə, öz ölkəsindəki vəziyyəti və siyasi maraqlarını düşünür".

Newscenter.az xəbər verir ki, bunları iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, ABŞ-də dizelin qiyməti son bir ildə 67% artıb:

"Bu da sahibkarların xərclərini artırır, əhali arasında narazılıq yaradır. Tramp dizel ixracını məhdudlaşdırmağı da nəzərdən keçirdi, amma yerli neft sənayesi buna qarşı çıxdı. İndi isə Rusiyadan dizel almağa çalışır. Belə olan halda Ukraynanın Rusiya neft emalı zavodlarını vurmasını niyə istəsin? Axı həmin zavodlar sıradan çıxarsa, Rusiyanın yanacaq təchizatı da azalacaq".

Eldəniz Əmirov xatırladıb ki, bu ilin fevrallnda İrana hərbi zərbələrdən əvvəl də Vaşinqtonun mövqeyində Rusiyanın maraqlarına uyğun yumşalma müşahidə olunurdu:

"İndi də oxşar mənzərə yaranır. Odur ki, 3 noyabrdan, yəni ABŞ-də aralıq seçkilərdən sonra İrana yeni hərbi zərbələr endirilməsi ehtimalı var. Bu baş verərsə, neftin qiyməti fantastik hədlərə yüksələ bilər. Qiymətlərin nə qədər yüksələcəyini və həmin səviyyədə nə qədər qalacağını isə qarşıdurmanın miqyası, davametmə müddəti və enerji infrastrukturuna dəyəcək zərər müəyyən edəcək".

Süleyman
Xəbəri paylaş