Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib

"Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib


Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Hava Qüvvələrinin aviasiyası, eləcə də hava hücumundan müdafiə vasitələrinin iştirakı ilə "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib.

Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bazasında təşkil olunan tədbirdə Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının və Birləşmiş Ərəb Əmirliklərinin Dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edən general-mayor Zaur Rüstəmov təlimin əhəmiyyətindən danışaraq iştirakçılara uğurlar arzulayıb.

Bildirilib ki, müştərək taktiki-uçuş təlimi ölkələr arasında imzalanmış "Birgə Hərbi Əməkdaşlıq Komitəsinin birinci iclasının Protokolu"na əsasən təşkil olunub.

Tədbirin proqramına uyğun olaraq iştirakçılara təlimin ssenarisi və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib.

Sonra HHQ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Qarşılıqlı hədiyyə mübadiləsi aparıldıqdan və xatirə fotosu çəkdirildikdən sonra aviasiya vasitələrinə baxış keçirilib.

Anar
Xəbəri paylaş