Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran Azərbaycanda qarşıdurma yaratmaq üçün fürsət axtarır

İran Azərbaycanda qarşıdurma yaratmaq üçün fürsət axtarır



“Bu gün bir sıra təhsil müəssisələrində baş verənlər bir daha o qənaəti yaratdı ki, İran fürsət düşdükcə Azərbaycana qarşı məkirli planını həyata keçirməyə çalışır və maksimum dərəcədə Azərbaycan dövlətinin zəifləməsini, ölkəmizdə xaos, anarxiyanın baş verməsini istəyir”.

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, cənub qonşumuz zaman-zaman Azərbaycanda daxili siyasi sabitliyi pozmağa, ölkədə anarxiya, xaos yaratmağa çalışıb:

“Hazırda da ciddi cəhdlə uzun illər Azərbaycanda müxtəlif adlar altında formalaşdırdığı insanlar vasitəsilə buna nail olmağa çalışır. Bu gün ölkənin ümumtəhsil müəssisələrində ictimai asayişi pozanların mütləq əksəriyyətinin İrana bağlı olduğu tezliklə araşdırmalar əsasında üzə çıxacağı şübhə doğurmur”.

Nazirlər Kabinetinin məlum qərarına da toxunan Arzuman Muradlı qeyd edib ki, burada əsas məqsəd hər kəsin eyni düşünməsini təmin etmək deyil, fərqli düşüncələrə malik uşaqların eyni qaydalar çərçivəsində təhsil almasını təmin etməkdir:

“Məktəb geyimi şagirdin şəxsiyyətini, mənəvi keyfiyyətlərini və bilik səviyyəsini müəyyən edən meyar olmamalıdır. Təhsil müəssisəsinin vəzifəsi uşaqlar arasında qarşıdurma yaratmaq deyil, onların təhlükəsizliyini, təhsil hüququnu və qarşılıqlı hörmət mühitini təmin etməkdir. Nazirlər Kabinetinin məktəb geyimi ilə bağlı qərarlarının müzakirəsi zamanı əsas diqqət təhsil müəssisələrində vahid qaydaların tətbiqinə, sosial bərabərliyin qorunmasına, dünyəvilik prinsipinə və uşaqların hüquqlarının təmin edilməsinə yönəlməlidir”.

Süleyman
Xəbəri paylaş