Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kamboca ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsində yeni səhifə

Kamboca ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsində yeni səhifə


Prezident İlham Əliyev və Kambocanın Baş naziri bu gün mətbuata bəyanatlarla çıxış ediblər. Ölkələr arasında iqtisadi münasibətlərin gücləndirilməsi və qarşılıqlı sərmayə qoyluşlarının artırılması əsas istiqamətlərdən biridir.
2025-ci ildə Azərbaycan ilə Kamboca arasındakı ticarət dövriyyəsi dövriyyəsi 25 faiz artaraq 12.7 milyon dollara çatıb. Son 5 ildə isə Azərbaycan ilə Kamboca arasındakı ticarət dövriyyəsi 6 dəfə artıb. Yüksək artımlara rəğmən tərəflər arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün daha böyük potensial vardır.
17 milyon əhalisi olan Kamboca 53 milyard dollar nominal, 158 milyard dollar isə real ümumi daxili məhsula malikdir. Kambocanın yüngül sənaye məhsulları ölkənin ümumi ixracatının 80 faizini təşkil edir. Əməkaşdaşlıq imkanlarına gəldikdə isə, Azərbaycan ilə Kamboca arasında yüngül sənaye, turizm, texnologiya sahəsində tərəfdaşlığın gücləndirilməsi istiqamətdə böyük potensial var.
Bütövlükdə, Kambocanın Baş nazirinin Azərbaycana səfəri və müzakirə edilən və eləcə də razılaşdırılan məsələlər iki ölkə arasında əməkdaşlığın gücləndirilməsində yeni səhifə açacaq.

Vüqar Bayramov
Xəbəri paylaş