
Almaniyanın səhiyyə naziri Karsten Linnemann Aİ ölkələrini səhiyyə sistemlərini müharibə və böhranlara hazırlamağa çağırıb.
Newscenter.az xəbər verir ki, bu barədə Reporter portalı məlumat verib.
Nazir Berlində keçirilən Ümumdünya Səhiyyə Konfransında çıxış edərkən bildirib ki, bu gün səhiyyə siyasəti təhlükəsizlik siyasətinin ayrılmaz hissəsidir.
O qeyd edib ki, blok ölkələri səhiyyə sistemlərini və əhalisini potensial təhdidlərə hazırlamaq üçün Ukraynadakı hadisələrdən dərs çıxarmalıdırlar. Nazir xatırladıb ki, Almaniya hökuməti səhiyyə təchizat zəncirlərinin gücləndirilməsinə, kadr hazırlığının təkmilləşdirilməsinə, informasiya və kommunikasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsinə və sərhədyanı əməkdaşlığın inkişaf etdirilməsinə yönəlmiş müvafiq qanun layihəsi hazırlayır.
Anar










































