
Türkiyədə baş vermiş avtobus qəzaları nəticəsində 20-dən çox şəxs yaralanıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, qəzalardan biri Antalyada olub.
Sürücüsünün kimliyi məlum olmayan mikroavtobus Antalya-İsparta magistral yolunun Topallı məhəlləsi kəsişməsində aşıb. Məlumatdan sonra hadisə yerinə yanğınsöndürmə, tibbi və polis qrupları göndərilib.
Qəzada yaralanan beş nəfər tibb işçiləri tərəfindən ilkin tibbi yardım aldıqdan sonra yaxınlıqdakı xəstəxanalara aparılıb.
XXX
Mersinin Silifke rayonunda isə sərnişin mikroavtobusunun meşəlik əraziyə aşması nəticəsində on yeddi nəfər xəsarət alıb.
Məlumata görə, H.U.-nun idarə etdiyi mikroavtobus, güclü yağışın nəqliyyatın hərəkətinə təsir etdiyi D-400 avtomobil yolunun Akdere hissəsindəki dərədə meşəlik əraziyə aşəb.
Yaralılar tibbi qruplar tərəfindən rayondakı xəstəxanalara aparılıb.

Anar










































