Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müasir təhsil sistemi: Uğurlu inkişaf yolu

Müasir təhsil sistemi: Uğurlu inkişaf yolu


Müasir dövlətçilik quruluşunda təlim-tərbiyə müəssisələri təkcə elmi biliklərin ötürüldüyü mexaniki platformalar deyil, həm də fərdlərin müştərək şüurunu formalaşdıran böyük sosial qurumlardır. Bu qurumların daxili nizamında tətbiq olunan xarici görünüş standartları, mahiyyət etibarilə cəmiyyətin gələcək modelini zahiri olaraq dizayn edir. Məktəb divarları daxilində sinfi, maddi və ya subyektiv ideoloji fərqliliklərin tamamilə sıfırlanması, gənc nəslin psixoloji stabilliyi üçün təməl zəmindir. İdrakın və şəxsiyyətin hələ formalaşma mərhələsində olduğu azyaşlı dövrdə, uşaqların hər hansı kənar subyektiv təsirlərdən və erkən qruplaşma meyillərindən uzaq tutulması onların bərabərhüquqlu və azad vətəndaş kimi yetişməsini sığortalayır. Görünüşdəki neytrallıq mühiti, şagirdlərin diqqətini kənar rəmzlərə deyil, tamamilə analitik düşüncəyə və intellektual inkişafa yönəltməyə xidmət edir.
Eyni zamanda, bu təhsil mühitinin aparıcı qüvvəsi olan pedaqoji heyətin təqdim etdiyi geyim üslubu da ümumi idarəçilik mədəniyyətinin güzgüsüdür. Müəllim kollektivinin rəsmi və peşəkar geyim qaydalarına riayət etməsi, akademik mühitin ciddiliyini qoruyan və auditoriyada psixoloji fərqlilik yaratmayan ən mühüm amildir. Səliqəli və rəsmi xətt şagirdlərə situasiyaya uyğun davranış prinsiplərini aşılayır və kollektiv həmrəyliyi gücləndirir. Bütün bu kompleks yanaşmalar dövlətin mütərəqqi, elmi və hüquqi sütunlar üzərində qurduğu dünyəvi sistemin fundamental tələbidir.

Fatma Qasımova
YAP Yevlax rayon təşkilatının fəalı
Xəbəri paylaş