
Uşaqlardan müxtəlif məqsədlər üçün , o cümlədən ölkənin milli təhlükəsizliyinə təhdid yaradan məqsədlər üçün istifadə olunması, habelə həyat və sağlamlıqlarının təhlükə altına atılması uşaqların hüquqlarının kobud şəkildə pozulmasıdır. Bu cür əməllər Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə və “Uşaq hüquqları haqqında” Qanunun 23.2 və 41.2-ci maddələrinə zidd olmaqla, əməlin xarakterindən və konkret hüquqi tərkibindən asılı olaraq qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə səbəb ola bilər.











































