
"Zəlzələdən zərər görməsi ehtimal olunan 1744 ev yoxlanılıb və 6174 nəfər təbii fəlakətdən zərər çəkib. Bu rəqəm yoxlama davam etdikcə yenilənəcək".
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Panama prezidenti Xose Raul Mulino deyib.
Mulino vurğulayıb ki, təkanların dağıdıcı gücü əhəmiyyətli olub və mütəxəssislər zərərin miqyasını qiymətləndirməyə davam edirlər. Hökumət artıq ərzaq və içməli suyun çatdırılmasını, yolların və körpülərin bərpasını və elektrik enerjisinin təchizatını təmin edir.
Prezident bəyan edib ki, yardım və həll yollarının ən çox ehtiyacı olanlara çatmasını təmin etmək üçün lazım olan resursları əsirgəməyəcəyək. O, səlahiyyətlilərin mənzil təmiri üçün materiallar təmin edəcəyini və Milli Polis mütəxəssislərinin layihələri əsasında yeni iki və üç yataq otaqlı evlər tikmək üçün yerli podratçıları cəlb edəcəyini bildirib.
Ölkə başçısı həmçinin ictimaiyyəti yalnız rəsmi məlumatlara etibar etməyə və yalan şayiələr yaymamağa çağırıb.
Anar










































