
ABŞ prezidenti Donald Tramp mümkün olarsa, üçüncü müddətə prezidentliyə namizəd olacağını bildirib.
Newscenter.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb. Tramp, Ohayo ştatında Respublikaçı tərəfdarları qarşısında çıxışı zamanı "Bunu etmək istərdim",- deyə bildirib. .
Amerika qanunlarına görə, Trampın prezident kimi ikinci müddətinin 2029-cu ilin yanvar ayında başa çatması planlaşdırılır. 1951-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyasına 22-ci düzəliş prezidentin iki müddətdən artıq vəzifədə qalmasını məhdudlaşdırır. Lakin hazırkı Amerika lideri dəfələrlə üçüncü müddətə yenidən seçilmək ehtimalını qaldırıb. Bundan əlavə, keçmiş əsas siyasi strateq Stiv Bennon da ötən payız belə bir ehtimalı səsləndirib.
Tramp 2024-cü ilin noyabr ayında Demokrat Partiyasının namizədi Kamala Harrisi məğlub edərək ikinci müddətə Ağ Ev rəhbəri seçilib. Onun prezident kimi ilk müddəti 2017-ci ildən 2021-ci ilə qədər idi.
Anar










































