Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şagirdlər geyim yarışına girmədikdə, onların bütün diqqəti birbaşa tədris prosesinə yönəlir

Şagirdlər geyim yarışına girmədikdə, onların bütün diqqəti birbaşa tədris prosesinə yönəlir


Azərbaycanda təhsil sisteminin inkişafı və bu sahəyə göstərilən dövlət qayğısı zəngin tarixi ənənələrə söykənir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə əsası qoyulan təhsil islahatları, bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir məktəblərin tikilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və işğaldan azad edilmiş ərazilərdə yeni təhsil ocaqlarının yaradılması bu diqqətin ən bariz nümunəsidir. Dövlətimizin təhsilə qayğısı təkcə binaların inşası ilə bitmir, o, həm də məktəb mühitinin sağlamlaşdırılmasını, nizam-intizamın gücləndirilməsini və şagirdlər arasında bərabərliyin təmin olunmasını əhatə edir.
Son dövrlərdə dövlət ümumtəhsil müəssisələrində həm şagirdlər, həm də pedaqoji heyət üçün geyim qaydalarına nəzarət daha da gücləndirilmişdir. Vahid məktəbli forması və müəllimlər üçün müəyyən edilmiş ümumi işgüzar üslub sadəcə sıradan bir tələb deyil, dərin pedaqoji və sosial əhəmiyyət kəsb edir. Vahid geyim sisteminin tətbiqi şagirdlərin ailələrinin maddi imkanlarındakı fərqliliyin məktəb mühitində qabarıq şəkildə üzə çıxmasının qarşısını alır. Bu, uşaqlar arasında yarana biləcek psixoloji diskomfortu, ayrı-seçkiliyi neytrallaşdırır və sosial bərabərliyi qoruyur. Şagirdlər geyim yarışına girmədikdə, onların bütün diqqəti birbaşa tədris prosesinə, bilik və bacarıqların mənimsənilməsinə yönəlir. Eyni zamanda dövlət məktəblərində geyim qaydaları təhsilin dünyəviliyi prinsipinə əsaslanır və məktəb mühitinin qorunmasına xidmət edir. Standart forma həm şagirdlərdə, həm də müəllimlərdə məktəbə qarşı aidiyyatı hissini gücləndirir, daxili intizamı və məsuliyyəti artırır.
Fariz İmamverdiyev
Xəbəri paylaş