Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın daxili işlərinə qarışmağa da kimsənin ixtiyarı yoxdur

Azərbaycanın daxili işlərinə qarışmağa da kimsənin ixtiyarı yoxdur


"Azərbaycanın daxili işlərinə qarışmaq kimi dəyərləndirilən hicab məsələsinə qonşu ölkələrdən fikir bildirilməsi, irad tutulması ən azı onların dövlət rəsmiləri üçün siyasi etikadan kənar, vətəndaşlar üçün isə yolverilməz və mənəvi cəhətdən doğru olmayan hərəkətdir. Məsələnin mahiyyətinə varmadan, reallıqlarından xəbərdar olmadan edilən iradların əksəriyyətinin qərəzli və məqsədli şəkildə yanlış yerlərə yönləndirildiyi açıq görünür".

Bunları Newscenter.az-a ƏHD partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, Azərbaycan dövlətinin qərarlarına irad tutulması qonşuluq əlaqələrinə ziddir və yanlışdır:

"Bu, Azərbaycana qarşı hörmətsizlik anlamına gəlir. Bu səslərin Azərbaycana yaxın dairələrdən çıxması isə bizi xüsusilə üzür. Azərbaycan dövləti güclü və hər cür təzyiqlərə davam gətirəcək dövlətdir. Heç bir formada təzyiqi qəbul etmir. Azərbaycanın daxili işlərinə qarışmağa da kimsənin ixtiyarı yoxdur. Azərbaycan dünyəvi dövlətdir və din dövlətdən ayrıdır. Hesab edirəm ki, Azərbaycan dövləti nə etdiyini yaxşı bilir və bu məsələdə haqlıdır".

Süleyman
Xəbəri paylaş