
Azərbaycanda süni şəkildə şişirdilmiş hicab qalmaqalı hadisələrdən sonra MHP-nin sədr müavini və Kayseri millət vəkili İsmayıl Özdəmir Azərbaycan Prezidenti İlham Əliyevi dəstəkləyən bəyanat yayıb.
Newscenter.az-ın xəbərinə görə, MHP-li millət vəkili Azərbaycan Prezidenti İlham Əliyevin cəsarətli və güclü bir lider olduğunu deyib.
Sosial media hesabında verdiyi açıqlamada Özdəmir 2020-ci ildə 44 günlük Qarabağ müharibəsinə diqqət çəkib və İlham Əliyevin Azərbaycan ərazilərinin işğaldan azad edilməsindəki rolunu tərifləyib.
O, Qarabağdakı qələbədən sonra əvvəllər işğal olunmuş bölgələrdə bir daha azan səslərinin eşidildiyini vurğulayıb. Son günlər Türkiyədən Azərbaycana yönəlik bəzi haqsız tənqidlərə də diqqət çəkən Özdəmir, “Qardaşlıq əlaqələrimizin zəifləməsi mümkün deyil. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər Şuşa Bəyannaməsi ilə daha da güclənib. Son hadisələr iki ölkə arasındakı tarixi əlaqələri zəiflədə bilməyəcək",-deyə vurğulayıb.
İsmayıl Özdəmir qeyd edib ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində suveren bir dövlət kimi möhkəmlənməyə davam edəcək:
"Azərbaycanın 21-ci əsrin güclü dövlətlərindən biri kimi xatırlanacağına inanıram".
Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığı vurğulayaraq, açıqlamasını bu sözlərlə yekunlaşdırıb:
“Aypara və ulduz ayrılmazdır, Xəzər ilə Aralıq dənizi arasındakı bağ sarsılmazdır”.
Süleyman











































