Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kitabxana işindən xəbərsiz kitabxanaçıları himayə edən qara qüvvə kimdir?

Kitabxana işindən xəbərsiz kitabxanaçıları himayə edən qara qüvvə kimdir?


Bu günlərdə mədəniyyət naziri Adil Kərimlinin gələn il kitabxanaçıların attestasiyasının keçiriləcəyi ilə bağlı açıqlaması bu sahədə çalışanların sözün həqiqi mənasında qanını qaraldıb. Bu il kitabxanaçılar üçün keçirilən imtahandan bu sahədə çalışanların əksəriyyətinin keçə bilməməsi attestasiya zamanı da eyni aqibətin yaşanacağı ehtimalını yaradıb. Bu arada öz işinə, peşəsinə sadiq olan, bu sahədə qarşıdakı illərdə də çalışmağı hədəfləyən bəzi kitabxanaçılar həmkarları ilə birlikdə attestasiya prosesinə hazırlığa start veriblər. Qeyri-iş vaxtlarında canlı və ya onlayn şəkildə fikir nübadiləsi aparır, bu sahədə son illər qəbul edilmiş hüquqi baza ətrafında bilgi mübadiləsi həyata keçirirlər.

Newscenter.az xəbər verir ki, ancaq attestasiyaya qeyri-ciddi yanaşan "kitabxanaçılar" da yox deyil. Əldə etdiyimiz məlumata görə, bu sahəyə yaxından-uzaqdan bağlılığı olmayan, lakin uzun illərdir bu sahədə çalışb kitabxana işinə heç bir töhfə verməyənlər attestasiya prosesinə hazırlaşmağa maraqlı görünmürlər. Elə Səbail MKS-in Bibiheybət qəsəbəsi 4 saylı filialında çalışan rəhbər şəxslər də bu ab-hava ilə yaşayırlar. Mənbə bildirir ki, sözügedən filialın müdir müavini "Prezident Adminsitrasiyasında adamımız var. O tapşıracaq və attestasiyadan keçəcəm" deməklə bir daha kitabxana işinin də hansısa qara qüvvə tərəfindən idarə olunduğunu deməyə əsas verir.

Ortaya maraqlı sual çıxır. Bu cür yanaşma və tapşırıq təkcə ömrünü bu sahəyə sərf etmiş kitabxanaçılar deyil, eyni zamanda Prezidentin həyata keçirdiyi ümumi siyasət kursuna zidd deyilmi? Dövlət başçısı hər bir məmura ədalətli olmağı, vəzifəsinin öhdəsindən məsuliyyətlə gəlməyi tapşırdığı halda, kimlər ölkə başçısının siyasətinə qarşı çıxır və bu siyasətə kölgə salmağa çalışır. Hər halda Mədəniyyət Nazirliyi, xüsusilə də nazir Adil Kərimlinin bu istiqamətdə araşdırma aparmasına ciddi ehtiyac var.

Anar
Xəbəri paylaş