Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Media və Yayım Şurası Səhiyyə Nazirliyi ilə birgə açıqlama yaydı

Media və Yayım Şurası Səhiyyə Nazirliyi ilə birgə açıqlama yaydı


"Sosial şəbəkələrdə və mesajlaşma platformalarında Səhiyyə Nazirliyinin adından hazırlandığı iddia edilən, tibb müəssisələrində hicabın istifadəsinə dair məhdudiyyət qoyulduğunu bildirən məktubun görüntüsü yayılır.

Bildiririk ki, sözügedən məktub saxtadır. Səhiyyə Nazirliyi tərəfindən belə bir sənəd qəbul edilməyib və tibb müəssisələrinə bu məzmunda göstəriş verilməyib. Saxta sənədin həqiqi rəsmi yazışma kimi təqdim olunması ictimaiyyəti çaşdıran dezinformasiyadır".

Newscenter.az xəbər verir ki, bu fikirlər Media və Yayım Şurasının Səhiyyə Nazirliyi ilə birgə yaydığı açıqlamada qeyd edilib. Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini və sosial media istifadəçilərini məlumatların doğruluğunu rəsmi mənbələr əsasında yoxlamağa, saxta sənədi həqiqi sənəd kimi paylaşmamağa və dezinformasiyanın yayılmasına alət olmamağa çağırır.

Süleyman
Xəbəri paylaş