
Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan edilmiş “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi” çərçivəsində "Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı" İctimai Birliyi tərəfindən “Region gənclərinin Böyük Qayıdış prosesində sosial təşəbbüslərinə dəstək” layihəsi həyata keçirilir.
Newscenter.az xəbər verir ki, layihənin əsas məqsədini Böyük Qayıdış prosesində region gənclərinin sosial təşəbbüskarlığını artırmaq, onların ictimai fəallığını gücləndirmək və işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafına gənclərin töhfəsini təşviq etməkdən ibarətdir.
Layihə çərçivəsinə Goranboy, Agdam, Ağcabədi rayonlarında və Füzuli şəhərində təşkil olunacaq seminarlarda gənclərin yaxından iştirakı və təşəbbüskarlığı ilə Qarabağ və Şərqi Zəngəzura təhlükəsiz qayıdış və bərpa-quruculuq işlərində gənclərin rolunun gücləndirilməsi və azad edilmiş ərazilərdə sosial və icma əsaslı təşəbbüslər, təhlükəsiz qayıdış və bərpa-quruculuq işlərində gənclərin rolunun gücləndirilməsi, tarixi və mədəni irsin qorunması mövzusunda tədbirlər, təqdimatlar olacaqdır.
Tədbirlər zamanı fəallıq edən gənclərin iştirakı ilə işğaldan azad edilmiş Füzuli şəhərinə bir günlük səfər təşkil olunacaq və gənclərlə icma və sosial əsaslı təşəbbüslər, idman yarışları, psixoloji dəstək tədbirləri, yeniyetmə və gənclərlə fəaliyyətlər həyata keçiriləcəkdir. Bu da dayanıqlı məskunlaşmanın təşviqi, işğaldan azad edilmiş ərazilərdə salınmış yaşayış məntəqələrində gənclərin asudə vaxtlarının təşkili ilə bağlı fəaliyyətlərə dəstək olacaqdır.
Layihənin 3 ay müddətində Goranboy, Ağdam, Ağcabədi rayonlarında və Füzuli şəhərində keçirilməsi nəzərdə tutulur.
Süleyman












































