
."Kamal Kılıçdaroğlu da dindən, dəyərlərdən danışır.
Türkiyədə hamı bilir ki, O, və CHP hicablı qadınları heç vaxt sevməyiblər, açıq -saçıq, dar cins şalvar geyinən xanımlara öz rəğbətini ifadə edib".
Newscenter.az xəbər verir ki, bunları siyasi elmlər doktoru, professor Vaqif Abdullayev Kamal Kılıçdaroğlunun Azərbaycanda guya hicabın qadağan olunduğuna dair fikirlərini şərh edərkən deyib. Vaqif Abdullayev qeyd edib ki,
Kılıcdaroğlu bir neçə il əvvəl iftar məclisi əsnasında namaz qılan şəxslərin səccadəsini ayaqqabı ilə tapdalayaraq dini inanclı şəxslərin heysiyyatına toxunmuşdu:
"Türkiyədə seçki kampaniyaları dövründə İzmirdə və İstanbulda hicablı qadınlar CHP-lilər tərəfindən təhqir olunub və Kılıcdaroğlu buna etiraz etməyib.
Kamal bəy Azərbaycana hicab dərsi verəcək ən son kişilərdəndir".
Süleyman












































