Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Energetika Nazirliyində vətəndaş qəbulu keçirilib

Energetika Nazirliyində vətəndaş qəbulu keçirilib


Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə Nazirlikdə növbəti vətəndaş qəbulu keçirilib.

Newscenter.az xəbər verir ki, qəbul zamanı elektrik enerjisi təchizatı, şəbəkəyə qoşulma, transformator və elektrik sayğacı ilə təminat və digər mövzularla bağlı müraciətlər dinlənilib, vətəndaşları narahat edən məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Qəbulda Bakı şəhəri və Goranboy rayonundan olan sakinlər iştirak edib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2026-cı il üzrə vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Süleyman
Xəbəri paylaş