Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropanın yeraltı qaz anbarlarında qaz ehtiyatları azalır

Avropanın yeraltı qaz anbarlarında qaz ehtiyatları azalır


Avropada yeraltı anbarlarda (YQS) qaz ehtiyatları azalır.

Newscenter.az TASS-a istinadən bildirir ki, Avropanın yeraltı qaz anbarlarında qazın həcmi 74%-ə düşüb. Regionda temperatur aşağı düşdükcə anbarlara qaz vurulması nisbətləri də azalır.

13 oktyabr tarixinə olan məlumata görə, Avropanın yeraltı qaz anbarları əvvəlki ilin 83,1%-i ilə müqayisədə 74,02% doludur. Bu, 2011-ci ildən bəri bu tarix üçün ən aşağı səviyyə olaraq qalır. AB anbarları hazırda təxminən 80,9 milyard kubmetr qaz saxlayır ki, bu da ötən ilin ümumi göstəricisindən 10,8 milyard kubmetr az və 2013-cü ildən bəri ən aşağı göstəricidir.

Avropa Komissiyasının tələblərinə görə, Aİ ölkələri hər il 1 oktyabr - 1 dekabr tarixləri arasında anbarlarının 90%-nin dolu olmasını təmin etməlidirlər.

Anar
Xəbəri paylaş