
Prezident Administrasiyasının rəhbəri Saidə Mirziyoyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Newscenter.az xəbər verir ki, bu barədə Səidə Mirziyoyeva özünün facebook sosial şəbəkə hesabında məlumat verib. Bildirib ki, Türkiyə liderinə Prezidenti Şavkat Mirziyoyevin ən səmimi salamlarını və arzularını çatdırdıb.
"Özbəkistan və Türkiyəni dostluq və sıx əməkdaşlıq əlaqələri bağlayır. Söhbət zamanı birgə səylərimizin nəticələrini və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi perspektivlərini müzakirə etdik",-deyə xanım Mirziyoyeva vurğulayıb.
Özbəkistanın PA rəhbəri Prezident Ərdoğana səmimi qəbula, Özbəkistana göstərilən xüsusi diqqətə və qardaş xalqlarımız arasında dostluq münasibətlərinə verdiyi dəstəyə görə təşəkkürümü bildirib.
Süleyman











































