
Milli Məclis adından Azərbaycan Respublikasının prezidenti və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya 18 oktyabr-Müstəqilliyin bərpası günü münasibətilə təbrik məktubu ünvanlanıb.
Newscenter.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin plenar iclasında çıxışı zamanı məlumat verib. Spiker çıxışında bildirib ki, bu gün müstəqil Azərbaycan dövləti Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir, regionun və dünyanın lider dövlətinə çevrilir.
Sahibə Qafarova Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsi, onun ayaqda durmasında ümummilli lider Heydər Əliyevin də xidmətlərinin əvəzsiz olduğunu diqqətə çatdırıb. Spiker bildirib ki, 1993-cü ilin iyununda Ulu Öndər xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan parçalanma təhlükəsindən xilas oldu və öz inkişaf yoluna qədəm qoydu.
Süleyman












































