
"ABŞ İranla əvvəllər əldə edilmiş razılaşmada təsbit olunmuş öhdəliklərə əməl etməlidir. Bu, Tehrana Hörmüz boğazını gəmiçilik üçün açmağa və ikitərəfli danışıqların davam etdirilməsinə imkan verəcək".
Newscenter.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Nazir İraq televiziya kanalı "Əl-İraqiyyə" bildirib ki, Vaşinqton əvvəlki öhdəliklərini yerinə yetirərsə, bu, Hörmüz boğazının açılmasına və yeni danışıqlar raundlarının başlamasına imkan verəcək:
"Nəticədə yekun razılaşmaya gətirib çıxaracaq. Tehranın yeddi günlük təşəbbüsü əvvəllər əldə edilmiş razılaşmalara hörmət edilmək şərti ilə diplomatik yolu açıq saxlamağa yönəlib".
Əraqçi deyib ki, İran Vaşinqtonla anlaşma əldə olunana qədər Hörmüz boğazını tam mənada gəmiçilik üçün açmayacaq.
Anar












































