
ABŞ İranla qarşıdurmaya dərhal son qoya bilər, amma bunu etməyəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
"Ancaq bütün halda müharibə bitəcək", - deyə dövlət başçısı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Amerika lideri əlavə edib ki. Tehran nüvə silahı əldə etməməlidir. O, neft məhsullarının yüksək qiymətini dünyanın ən təhlükəli ölkəsinin nüvə silahı əldə etməsinin qarşısını almaq üçün ödəniləcək çox kiçik bir qiymət adlandırıb.
İran hakimiyyəti isə öz növbəsində dəfələrlə bildirib ki, İslam Respublikasının nüvə proqramının mahiyyəti tamamilə dincdir və Tehran heç vaxt atom bombasına sahib olmaq istəməyib.
Anar












































