
Avropa Komissiyası və Avropa Birliyinin diplomatik xidməti, Avropa enerji böhranına baxmayaraq, Rusiyaya qarşı 22-ci sanksiya paketinə Rusiya neftinə yeni məhdudiyyətlər daxil etmək istəyir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Aİ Xarici İşlər Komitısinin rəhbəri Kaja Kallas deyib.
O, 22-ci paketə kölgə donanmasına, yəni AB sanksiyalarına baxmayaraq, Rusiya neft və neft məhsullarını daşıyan xarici tankerlərə qarşı yeni məhdudiyyətlər daxil etməyi təklif edib. Kallas, AB-nin həmçinin üçüncü ölkələrdəki bir sıra şirkət və təşkilatlara məhdudiyyətlər tətbiq etmək niyyətində olduğunu da deyib.
Qeyd edək ki, bu ilin iyun ayında 21-ci sanksiya paketini qəbul etdikdən sonra Avropa Komissiyası sentyabr ayında Rusiyaya qarşı 22-ci sanksiya paketini qəbul etmək niyyətində olduğunu açıqlamışdı.
Anar












































