
İraq hökuməti İranla sərhəd keçid məntəqələrinin əksəriyyətini növbəti xəbərdarlığa qədər bağlayıb.
Newscenter.az xəbər verir ki, bu barədə "Shafaq News" portalı məlumat verib. Portalın məlumatına görə, bu addım Bağdadın Tehranın sentyabr ayında Səudiyyə Ərəbistanına İraq ərazisindən edilən hücumlarda iştirakına dair dəlillər əldə etməsindən sonra atılıb.
Məlumata görə, İran sərhəd keçid məntəqəsinin bağlanması əmrini şəxsən Baş nazir Əli əl-Zeydi verib. İraq hakimiyyəti hesab edir ki, İslam Respublikası yalnız Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəmərinə edilən hücumda iştirak etməyib, həm də sərhəd ərazilərinə dron komponentləri idxal edib və bu komponentlər daha sonra Səudiyyə Ərəbistanına hücumlarda istifadə olunub.
Qeyd edək ki, Şərq-Qərb neft kəmərinə cari ilin 11 sentyabrında İran tərəfindən zərbə endirilib.
Anar












































