
"Rəsmi təkrar mənzil bazarı təhlilində 2025-ci il ərzində 41 606 mənzil üzrə alqı-satqı qeydə alınıb. Bunlardan 25 031-i Bakıda, 6 054-ü Abşeron rayonunda, 3 838-i Sumqayıtda, 2 202-si Gəncədə baş verib".
Bunları Newscenter.az-a əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli deyib. O bildirib ki, digər şəhər və rayonların ümumi göstəricisi 4 481 əqd olub:
"Bu məlumatlar qiymət artımını deyil, bazarda qeydə alınmış əməliyyatların coğrafi bölgüsünü göstərir".
Ekspert deyib ki, Abşeron və Sumqayıtda mənzil bazarının artımı bu regionun Bakı ilə sıx əlaqədə olması ilə bağlıdır:
"Eyni zamanda yaşayış tələbi, formalaşmış bazar əsas təsir göstərən amillərdəndir. Gəncə isə regionun iqtisadi, ticarət və xidmət mərkəzi hesab olunduğundan, regional mənzil tələbi üçün mühüm mərkəz sayıldığından qiymət fərqi hissi olunur. Qarabağ və Şərqi Zəngəzur isə bərpa layihələri, yeni yaşayış məntəqələri, qayıdış prosesi baxımından perspektivli görünür. Bu regionun uzunmüddətli inkişaf potensialı yüksəkdir, lakin qiymət artımı ayrıca ölçülməlidir. Şəki-Zaqatala və Qəbələ ətrafı turizm, xidmət sektoru, fərdi yaşayış və torpaq marağı baxımından diqqətçəkicidir".
Süleyman












































