Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda şəriət dövləti arzulayanların Avropa sevgisi

Azərbaycanda şəriət dövləti arzulayanların Avropa sevgisi


"Azərbaycanın ümumtəhsil müəssisələrində vahid geyim normalarının tətbiqi ilə bağlı Nazirlər Kabinetinin məlum qərarından sonra ölkədə süni şəkildə qabardılan hicab məsələsi bəzi antiAzərbaycan dairələrin iç üzünü açdı. Cərəyan edən proseslər bir daha sübut etdi ki, əslində işin mahiyyətində hicabı, yaxud hicab taxanları müdafiə etmək deyil, Azərbaycana qarşı qurulan məkirli planın tərkib hissəsinə çevrilmək dayanır. Son günlər Almaniya daxil olmaqla bəzi Avropa ölkələrində Azərbaycan əleyhinə keçirilən aksiyalar belə deməyə əsas verir".

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, dini dəyərlərdən, İslamdan danışan, hicab davasına qalxan bəzi "dindarlar", yaxud "azərbaycanlılar"ın həmin aksiyaları elə dini dəyərlərin kobud şəkildə pozulduğu, İslamın, onun müqəddəs kitabının müxtəlif zamanlarda təhqir olunduğu Avropada keçirməsi qeyri-səmimi görünür:

"İndiyə qədər Avropada İslama, Qurana qarşı yönələn təhqirlərə bir kəlmə etiraz etməyən, səsini çıxarmayanların bu gün hicab müdafiəsinə qalxması bir daha sübut edir ki, əslində məqsəd Azərbaycanı hədəf almaq, dövlətə qarşı qarayaxma kampaniyası həyata keçirməkdir. Əgər doğurdanda onlar dinimizin müqəddəs keşikçiləri, İslami dəyərlərin müdafiəçiləridirlərsə, o zaman illərlə Suriyada müsəlman qadınların radikal dini qruplaşmalar tərəfindən bazarda alver predmetine çevrilməsinı. yaxud Əfqanıstanda qızların təhsil almasına qoyulan qadağaya nə üçün etiraz etmədilər? Yaxud, 30 ilə yaxın işğal dövründə ermənilərin Azərbaycan ərazilərində dini abidələr, məscidləri dağıtmasına səslərini çıxarmadılar? Bütün bunlar onu deməyə əsas verir ki, burada yeganı məqsəd hicab məsələsi üzərindən Azərbaycana qarşı hücuma keçmək, buradakı əlaltıları vasitəsilə ölkədə xaos, anarxiya yaratmaqla şəriət dövləti yaratmaqdır. Ancaq tam əminliklə deyirəm ki, Azərbaycana düşmən mövqedən yanaşan həmin dairələrin məkirli planları baş tutmayacaq".

Süleyman
Xəbəri paylaş