Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kimsə Ukraynanı təslimçi sülhə məcbur edə bilməyəcək

Kimsə Ukraynanı təslimçi sülhə məcbur edə bilməyəcək


"Ukraynanın indiki durumda təslimçi sülhə məcbur edilməsi Avropa üçün yolverilməz hal olar. ABŞ Konqresinə aralıq seçkilər öncəsi Ukraynaya belə təzyiqlər olacaq".

Bunları Newscenter.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, bu dövrü Zelenski yola verə bilsə təzyiqlər zəifləyəcək:

"Çünki respublikaçıların məğlub olma ehtimalı böyükdür. Sonra da hər şey Ukrayna üçün yaxşı olmayacaq, ancaq Zelenski indiki qədər təzyiq altında qalmayacaq".

Azər Qasımovun sözlərinə görə, bir şey dəqiq bəllidir ki, kimsə Ukraynanı təslimçi sülhə məcbur edə bilməyəcək:

"Ukrayna bu qədər itkiləri ona görə verməyib ki, axırda Trampın təzyiqi ilə geri çəkilib, torpaqlarını Rusiyaya döyüşsüz versin. Avropa da bu məsələyə tək Ukraynanın yox, öz şəxsi təhlükəsizlik məsələsi kimi baxır.
Hesab edirəm ki, Ukrayna hələ Rusiyanın başını çox ağrıdacaq. Rusiyanın qələbəsi məğlubiyyətə bərabər qələbə olacaq".

Süleyman
Xəbəri paylaş