Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

13 ölkədə hökumət saytları deaktiv edilib

13 ölkədə hökumət saytları deaktiv edilib


13 ölkədə çoxsaylı dövlət veb saytları PHP proqramlaşdırma dilindəki kritik boşluq səbəbindən deaktiv edilib.

Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Xəbərə görə,
Niderland, Finlandiya və Belçika rəsmi veb saytlarının bağlandığını ilk olaraq bildiriblər. Daha sonra Avstriya, Böyük Britaniya, Danimarka, Latviya, Slovakiya, ABŞ, Fransa, Almaniya, Çexiya və Yaponiyada bir neçə dövlət portalının dayandırıldığı bildirilib.

Böyük Britaniya və ABŞ hökumətləri PHP proqramlaşdırma dilində işləyən bütün sistemlərin zərərli fəaliyyət üçün yoxlanılmasını tələb edən xəbərdarlıq yayıblar.

Hökumət veb saytları və xidmətlərindən əlavə, Avropadakı bir neçə media orqanı, o cümlədən Reporter və LMS portalları, eləcə də BBC, RTL və Latviya Radiosunun veb saytları təsirə məruz qalıb. Almaniya və Avstriyadakı bəzi universitetlərin internet platformalarının, eləcə də bir neçə təhsil proqramının və futbol klubunun internet səhifələrinin də bağlandığı bildirilir.

Anar
Xəbəri paylaş