Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ankara-Bakı xəttində yaşananlar həllini tapmalıdır

Ankara-Bakı xəttində yaşananlar həllini tapmalıdır


"Bütün inciklikləri, mübahisəli məsələlər və anlaşılmazlıqların masa ətrafında oturularaq aradan qaldırılması ən optimal yoldur. Bir müddət əvvəl Ankara-Bakı xəttində yaşananlar da həllini tapmalıdır. İki qardaş və dost ölkənin bir-birlərindən umacaqları və gözləntiləri var. Bu başa düşüləndir. Yaxud fərqli məsələlərə fərqli baxışlarının olması da mümkündür. Ancaq birtərəfli qaydada öz mövqeyini haqlı sayaraq dost və qardaş dediyin dövlətin maraqlarına məhəl qoymadan diqtə etmək cəhdi əlbəttə ki, mənfi fəsadlar doğuracaq".

Bunları Newscenter.az-a siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, Türkiyə və Azərbaycan bir millət iki dövlətdir:

"Dövlətlərin də təbii ki, öz çıxanları, yönətim sistemi və yürütdüyü siyasət olur. Beynəlxalq hüquqda da dövlətlərin daxili işlərinə qarışmaq hüquqa zidd sayılır. Hesab edirəm ki, Türkiyə prezidenti R.T.Ərdoğanın Azərbaycan prezidenti İ.Əliyevə zəng edərək onu müstəqilliyin bərpasının 35 illik ildönümü ilə bağlı təbrik etməsi və TDT-nın 28-29 oktyabrda Ankarada keçiriləcək 13-cü Zirvə görüşünə dəvət etməsi ortada olan gərginliyin aradan qaldırılmasına, qarşılııqlı maraq doğuran məsələlərin müzakirəsinə vəsilə olacaq".


Süleyman
Xəbəri paylaş